“Çin Rusiyanı Ukraynadan qoşunlarını çıxarmağa və müharibəni dayandırmağa inandırmaq üçün öz təsirindən istifadə etməsə, Avropa İttifaqı (Aİ) Çinlə münasibətləri normallaşdıra bilməz”.

İqtisadiyyat.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel deyib.

Onun sözlərinə görə, Aİ-nin Çinə mesajı kifayət qədər aydındır: “Çin müharibənin dayanması üçün Rusiyaya təsir etməli, imkanlarını ortaya qoymalıdır”.