Avropa Komissiyası təcili olaraq COVID-19-a qarşı peyvəndlərin tədarükü ilə bağlı müqavilələri azaltmalıdır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasına sədrlik edən Çexiyanın səhiyyə naziri və baş nazirinin müavini Vlastimil Valek səhiyyə nazirləri səviyyəsində Brüsseldə keçirilən iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Qeyd edilib ki, Aİ ölkələri əczaçılıq şirkətlərindən 2020-ci ildə verilən bəzi sifarişləri ləğv etməyi xahiş edir.

"Avropa Komissiyası istehsalçılarla əlaqə saxlasın və onlardan ön sifarişin bir hissəsini ləğv etməyi xahiş etsin. İnanıram ki, biz irəliləyiş əldə edə və istehsalçılarla müqavilələrimizi azaltmaq üçün razılaşa bilərik", -  deyə, Valek bildirib.