Ağstafada partlayışda ölənlərin şəxsiyyəti məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, ilkin araşdırmalar zamanı ölən şəxslərin Ağstafa rayonunun Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

21:44

Ağstafa rayonunda kömür sexində partlayış baş verib, ölənlər var.

İqtisadiyyat.az xəbər verir ki, hadisə rayonun Həsənsu kənd ərazisində qeydə alınıb.

Ölənlərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.