Ağstafada zəncirvari yol qəzası nəticəsində sürücülərdən biri ölüb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şəhər ərazisində hadisə qeydə alınıb.

İsgəndərov Taryel Sahib oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Osmanov Asim Aqil oğlunun idarə etdiyi "VAZ 2107” markalı avtomobillə toqquşub.

Daha sonra qarşı hərəkət zolağına çıxaraq Məmmədzadə İslam Elşad oğlunun idarə etdiyi "Opel Astra" markalı avtomobili ilə toqquşub.

Nəticədə "Opel Astra" markalı avtomobilin sürücüsü xəsarət alıb, "Mercedes" markalı avtomobilin sürücüsü isə aldığı bədən xəsarətlərindən ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaqı aparılır.