Ağdam şəhərində genişmiqyaslı tikinti işləri sürətlə davam etdirilir.

İqtisadiyyat.az xəbər verir ki, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəzarəti altında şəhərdə yaşayış binalarının tikintisi həyata keçirilir.

Şəhərdə 2 nömrəli yaşayış massivi üzrə aşağıdakı layihələrin icrasına başlanılır:

- 2-ci məhəllə üzrə 92 mənzildən, ibarət (2, 3, 4, 5 otaqlı ) 4 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7mərtəbəli) tikintisi işləri. Bu layihəni "Ricon" şirkəti 12 049,271 manat qarşılığında icra edəcək. Layihə çərçivəsində 3-5 mərtəbəli 8, 9 və 11 nömrəli, eləcə də 7 mərtəbəli 10 nömrəli yaşayış binalarının inşası nəzərdə tutulub.

- 8-ci məhəllə üzrə 102 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı) 5 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi işləri. Bu layihəni "Rabitə İnşaat" şirkəti 13 771 247,54 manat qarşılığında icra edəcək. Layihə çərçivəsində 40, 41, 42, 43 və 44 nömrəli yaşayış binalarının inşası nəzərdə tutulub.

- 1-ci məhəllə üzrə 112 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 5 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi işləri. Bu layihəni "Azəraqrartikinti" şirkəti 16 845 068,45 manat qarşılığında icra edəcək. Layihə çərçivəsində 3-5 mərtəbəli 6 və 7 nömrəli, eləcə də 7 mərtəbəli 1, 3 və 5 nömrəli yaşayış binalarının inşası nəzərdə tutulub.

- 10-cu məhəllə üzrə 120 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 6 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi işləri. Bu layihəni də  "Azəraqrartikinti" şirkəti 18 701 806,48 manat qarşılığında icra edəcək. Layihə çərçivəsində 53, 54, 55, 56, 57 və 58 nömrəli yaşayış binalarının inşası nəzərdə tutulub.

- 9-cu məhəllə üzrə 144 mənzildən ibarət (2,3,4,5 otaqlı ) 7 ədəd yaşayış binalarının (3,4,5,6,7 mərtəbəli) tikintisi" işləri. Bu layihəni "El-Seym İnşaat" şirkəti 20 022 927,25 manat qarşılığında icra edəcək. Layihə çərçivəsində 45, 46, 47, 48, 49, 50 və 52 nömrəli yaşayış binalarının inşası nəzərdə tutulub.

- 4-cü məhəllə üzrə 126 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 6 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi işləri. Bu layihəni "SNT" İnşaat şirkəti 16 211 372,67 manat qarşılığında icra edəcək. Layihə çərçivəsində 16, 17, 19, 20, 21 və 22 nömrəli yaşayış binalarının inşası nəzərdə tutulub.

- 11-ci məhəllə üzrə 148 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 7 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi işləri. Bu layihəni "ND Company" şirkəti 21 516 988,28 manat qarşılığında icra edəcək. Layihə çərçivəsində 59, 61, 62, 63, 64, 65 və 66 mrəli yaşayış binalarının inşası nəzərdə tutulub.

- 5-ci məhəllə üzrə 102 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 5 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi işləri. Bu layihəni "SNT" İnşaat şirkəti 13 666 194,17 manat qarşılığında icra edəcək. Layihə çərçivəsində 23, 24, 25, 26 və 27 nömrəli yaşayış binalarının inşası nəzərdə tutulub.