Koronavirus pandemiyası nəticəsində ABŞ-da 200 minə qədər insan ölə bilər.

TASS-ın məlumatına görə, bu barədə Ağ Evin koronavirusun yayılması ilə mübarizə üzrə koordinatoru Debora Birks danışıb. Birks sözügedən fikri Nyu-York rəhbərliyindən əldə edilmiş məlumatlar əsasında səsləndirdiyini bildirib. Son məlumatlara görə, ABŞ-da 188 mindən artıq COVID-19-a yoluxma halı qeydə alınıb. Ölənlərin sayı isə 4000 nəfəri keçib.