Vaşinqton administrasiyası İsrail və ərəb ölkələri arasında əlaqələri normallaşdırmaq cəhdləri kontekstində Hindistan - Yaxın Şərq - Avropa İqtisadi Dəhlizinin (IMEC) yaradılmasını nəzərdən keçirir və regionda vəziyyətin pisləşməsinə baxmayaraq, bu layihəni mümkün hesab edir. 

İqtisadiyyat.az xəbər verir ki, bu mövqeyi Vaşinqtonda Karnegi Fondunda çıxış edən Ağ Evin Qlobal İnfrastruktur və Enerji Təhlükəsizliyi üzrə Xüsusi Koordinatoru Amos Hokstin bildirib.

O, layihə haqqında danışarkən vurğulayıb: "Bu, İsrailin inteqrasiyasıdır. Bu, Yaxın Şərqdəki inteqrasiyadır və regiona böyük gəlirlər gətirəcək. İnanıram ki, bu, hələ də nəzərdən keçirilir". 

Hokstin bildirib ki, layihə sentyabr ayında Yeni Dehlidə keçirilən G20 sammitində elan edilib. O qeyd edib ki, bu, oktyabrın 7-dən cəmi bir neçə həftə əvvəl Yaxın Şərq münaqişəsinin kəskinləşdiyi vaxt baş verib.

Hokstin, hətta "müharibə dövründə" maraqlı tərəflərin IMEC konsepsiyasına qayıtmağa çalışmalı olduğunu" söyləyib: "Və mən inanıram ki, bu, tamamilə mümkündür".