"Vaşinqton və müttəfiqləri Rusiyanın iqtisadi xərclərini artırmaq üçün ona qarşı sanksiyaları sərtləşdirmək niyyətindədirlər". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan deyib.

"Biz birlikdə sanksiyaları artıracağıq ki, Rusiya üçün iqtisadi xərclər artmaqda davam etsin. Ukraynanın ədalətli və davamlı sülhə nail olmaq üçün diplomatik səylərini dəstəkləməyə davam edəcəyik, eyni zamanda Ukraynanın suverenliyini və ərazi bütövlüyünü təmin edəcəyik", - deyə o bildirib.