UNESCO Baş Konfransının növbədənkənar sessiyasında Vaşinqtonun təklif etdiyi şərtlərlə ABŞ-ın təşkilata qayıtması barədə qətnamə qəbul edilib. Beləliklə, ABŞ yenidən UNESCO-ya qayıdıb.

İqtisadiyyat.az "TASS"a istinadən xəbər verir ki, 132 ölkə qətnamənin lehinə səs verib, 10 ölkə buna qarşı çıxıb, daha 15 ölkə isə bitərəf qalıb.

Əlavə edək ki, Vaşinqton 2017-ci ildə Tramp administrasiyası zamanında təşkilatın İsrailə münasibəti ilə bağlı UNESCO-dan çıxması barədə elan verib.