"ABŞ dövlət katibi Entoni Blinken və onun Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) olan həmkarları Nigerdəki üsyançılardan ölkə prezidenti Məhəmməd Bazumun azad edilməsini tələb ediblər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

"Tərəfdaşlar vahid mövqe tutdular ki, Nigerdəki Vətənin Xilaskarlığı Milli Şurası prezident Bazumu, ailəsini və qanunsuz olaraq həbs edilən hər kəsi azad etməlidir", - Miller deyib.