"Vaşinqton və Pekin artıq hərbi dialoqun bərpası istiqamətində müəyyən addımlar atıb və ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun Çində həmkarı ilə söhbət edib". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan deyib.

"Hərbi-hərbi əlaqələri bərpa etmək barədə də razılığa gəldik. Artıq bu qəbildən addımlar atmışıq. Bizim Birləşmiş Qərargah Rəislərimizin sədri uzun müddətdir ki, işlədiyi müddətdə ilk dəfə çinli həmkarı ilə danışıb", - Sullivan qeyd edib.

O, ABŞ və Çinin ikitərəfli hərbi dialoqun bərpası ilə bağlı daha əvvəl əldə etdiyi razılaşmanı da şərh edib: "Və bu, bizim münasibətlərimiz, eləcə də regional və qlobal sabitlik üçün yaxşıdır. Bu, təsadüfi münaqişə riskini azaltmağa kömək edəcək".

Onun sözlərinə görə, ABŞ bir çox aspektlərdə Çinlə rəqabət aparır və bunu gizlətmir: "Lakin biz qarşıdurma və ya münaqişə axtarmırıq".