Vaşinqton Kiyevə artilleriya sursatının daxil olduğu 200 milyon dollar dəyərində yeni yardım paketi verəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukraynaya silah tədarükü üzrə təmas qrupunun iclasında bildirib.

"Birləşmiş Ştatlar Ukraynaya 200 milyon dollarlıq yeni müdafiə yardımı paketini elan edir", – Ostin bildirib. 

Pentaqon rəhbəri qeyd edib ki, yeni yardım paketinə AIM-9M hava hücumundan müdafiə raketləri, artilleriya döyüş sursatları, dəqiq idarə olunan döyüş sursatları, pilotsuz təyyarələrə qarşı və tank əleyhinə silahlar daxildir. O, həmçinin vurğulayıb ki, bu son yardımla ABŞ-nin Ukraynaya ümumi hərbi yardımı təxminən 44 milyard dollar təşkil edəcək.