Birləşmiş Ştatlar müdafiə sənayesi, enerji və maliyyə sektorlarında və elitada daha çox şirkətləri əhatə etmək məqsədilə Rusiya ilə bağlı sanksiya siyahılarını genişləndirir. 

İqtisadiyyat.az xəbər verir ki, bu bəyanatla ABŞ dövlət katibi Antoni Blinken və ABŞ Maliyyə Nazirliyi çıxış edib.

Blinken yazılı açıqlamasında qeyd edib: "ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi 150-dən çox fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edir". 

Məhdudiyyətlərin Rusiyanın Ukraynada hərbi əməliyyat keçirməsi ilə əlaqədar qəbul edildiyi bildirilib: "Bu gün görülən tədbirlər çərçivəsində ABŞ hökuməti sanksiyalardan yayınmaqla məşğul olan şəxsləri və qurumları, Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq qabiliyyətinin gücləndirilməsində iştirak edənləri və gələcəkdə Rusiyanın enerji hasilatının genişləndirilməsinə cavabdeh olanları da hədəfə alıb".

Bu arada, oxşar bəyanatda ABŞ Maliyyə Nazirliyi də çıxış edib: "Rusiya elitasına və Rusiyanın sənaye bazasına, maliyyə institutlarına və texnologiya təchizatçılarına qarşı sanksiyalar tətbiq edilib".