ABŞ Rusiyaya zərbə endirmək üçün ATACMS taktiki ballistik raketlərindən istifadə etmək qərarı verməyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit bildirib.

Onun sözlərinə görə, ukraynalılar Rusiya qoşunlarının Xarkov istiqamətində uğurları fonunda alınan silahların bir hissəsinin istifadəsi ilə bağlı ABŞ-yə müraciət ediblər: "Lakin uzun mənzilli ATACMS üzrə mövqe eyni olaraq qalır".

ABŞ dövlət katibi Antoni Blinken mayın 31-də prezident Co Baydenin ABŞ-nin Rusiya ərazisinə hərbi zərbələr endirməsinə razı olduğunu təsdiqləyib. Blinken iddia edib ki, söhbət yalnız Rusiyanın Xarkov yaxınlığındakı regionlarına zərbələrdən gedir.