Qərb ölkələri daha sərt ixrac və sanksiyalara nəzarət rejimlərinin köməyi ilə Rusiya Federasiyasının hərbi-sənaye kompleksinin inkişafına mane olacaqlar. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo "Financial Times" üçün yazdığı məqaləsində bildirib.

"Rusiya prezidenti Vladimir Putinin iqtisadçı Andrey Belousovu Rusiya Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təyin etməsi onu göstərir ki, ölkə iqtisadiyyatı hərbi texnika istehsalına yönəlib. Tərəfdaşlarımız Rusiya hərbi-sənaye kompleksinə zərər vurmaq üçün sanksiyalara və ixraca nəzarət etmək məqsədilə bəzi yeni [rejimlərdən istifadə edəcəklər", - o yazıb.

Adeyemo bildirib ki, ABŞ və Avropa ölkələri Rusiyanın döyüş sursatı, raket və zirehli texnika istehsalı üçün komponentlərin idxal imkanını məhdudlaşdırmaqla Rusiya hərbi sənayesinin işləkliyini azaltmaq niyyətindədir. Onun sözlərinə görə, Vaşinqton və onun müttəfiqləri həssas ikili təyinatlı malların – dəzgahlardan mikroelektronikaya qədər – Rusiyaya ötürülməməsini təmin etməlidir.