ABŞ hakimiyyəti 2030-cu ilə qədər Rusiyanın neft-qaz satışından əldə etdiyi gəliri 2 dəfə azaltmaq istəyir.

İqtisadiyyat.az “Financial Times”a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Pyatta bildirib.

Onun sözlərinə görə, Qərbin Rusiyaya qarşı sanksiyaları, o cümlədən Amerikanın məhdudiyyətləri Rusiyanın Ukraynada davam edən hərbi əməliyyatlarını maliyyələşdirmək imkanlarını azaltmaq üçün uzun illər davam edəcək.

Daha əvvəl Beynəlxalq Enerji Agentliyi (IEA) Qərb ölkələrinin sanksiyaları səbəbindən 2030-cu ilə qədər Rusiyanın enerji gəlirlərinin 40-50% azalacağını proqnoz edib.

 

Gözəl Həşimova