ABŞ Maliyyə Nazirliyi Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilovaya qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilovaya qarşı sanksiya qərarı ötən ilin sentyabrında Rusiyaya yeni ərazilərin birləşdirilməsi ilə bağlı keçirilən referendumla əlaqədar qəbul edilib.


Sanksiya siyahısına Pamfilovadan başqa, deputat Nikolay Bulayev, komissiyanın katibi Nataliya Budarina da daxil olmaqla daha 15 ad əlavə edilib.

Həmçinin bildirilib ki, qərar ukraynalılar üçün “süzgəc” düşərgələrinin təşkilində iştirak etdiyi iddia edilən şəxslərə qarşı verilib. Bu siyahıya Donetsk Xalq Respublikasının nümayəndələri, həmçinin Kreml rəsmiləri Oleq Nesterov və Yevgeni Kim daxil idi.