ABŞ nüvə silahlarını Asiya-Sakit okean regionuna və Koreya yarımadasına qaytarmağa ehtiyac görmür. 

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel Asiya-Sakit Okean regionunda Amerikanın orta və daha qısa mənzilli raketlərinin mümkün yerləşdirilməsi ilə bağlı Rusiyanın bəyanatlarını şərh edərkən deyib.

"İcazə verin deyim ki, Birləşmiş Ştatlar hazırda nüvə silahlarının Hind-Sakit okean regionuna qaytarılmasının vacibliyinə inanmır. ABŞ-nin Koreya yarımadasında nüvə silahının gələcəkdə yerləşdirilməsi ilə bağlı planları yoxdur", - deyə o bildirib.