Ötən il ABŞ-nin xarici ölkələrə silah satışı əhəmiyyətli dərəcədə artıb.

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Rusiya ilə Ukrayna arasında davam edən müharibə səbəbilə regional silah tələbinin artması fonunda ABŞ-nin silah satışı 238 milyard dollara çatıb.

Bununla da ölkənin silah satışı 2022-ci illə müqayisədə 56% artıb.