Qəzzada vəziyyətlə bağlı etirazlar və nümayişçilərin binaya hücumu ilə əlaqədar ABŞ Türkiyənin Adana şəhərində yerləşən konsulluğunun işini müvəqqəti dayandırmaq qərarına gəlib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Amerika diplomatik missiyasının saytında məlumat verilib.

"ABŞ-nin Adanadakı Konsulluğu növbəti bildiriş gələnə qədər ziyarətçilər üçün bağlı olacaq. ABŞ vətəndaşları bu ölkənin Ankaradakı səfirliyində görüşlərini başqa vaxta keçirə bilərlər", - konsulluğun açıqlamasında deyilir. 

Həmçinin qeyd edilib ki, növbəti bir neçə həftə ərzində bütün Türkiyədə İsrail və Qəzza zolağında baş verən hadisələrlə bağlı böyük nümayişlər gözlənilir.

Diplomatik missiya Türkiyədəki ABŞ hökumət işçilərinə hərəkəti minimuma endirməyi və Adana konsulluq dairəsinə getməməyi əmr edib.