"ABŞ hakimiyyəti Nigerdə ​​hərbi çevrilişdən sonra ilk dəfə antiterror missiyası çərçivəsində bir neçə əməliyyatı bərpa edib".

İqtisadiyyat.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin generalı Ceyms Hekker bildirib.

Onun sözlərinə görə, əməliyyatların birində ABŞ Hərbi Hava Qüvvələri pilotsuz təyyarələrdən istifadə edib:

"Üsyançılarla aparılan danışıqlar ABŞ-a əməliyyatları bərpa etməyə imkan verib. Yeni əməliyyatlara təkcə dronlar deyil, həm də pilotlu təyyarələr də daxildir, baxmayaraq ki, onların sayı çevrilişdən əvvəlkindən xeyli azdır. Missiyanın əsas məqsədi isə Amerika hərbçilərini qorumaqdır".

 

Gözəl Həşimova