ABŞ Konqresinin Nümayəndələr Palatası 2024-cü maliyyə ilinin sonuna qədər (ABŞ-də sentyabrın 30-da başa çatır) federal departamentlərin əsas hissəsinin işinə vəsaitin ayrılmasını nəzərdə tutan paket qanun layihəsini təsdiqləyib. 

İqtisadiyyat.az xəbər verir ki, görüş C-SPAN kanalında yayımlanıb.

Sənədi Konqresin aşağı palatasının 286 üzvü dəstəkləyib, 134-ü isə əleyhinə çıxıb. Qanun layihəsinə departamentlər üçün təxminən 1,2 trilyon dollar vəsait ayrılması daxildir. Yaxın vaxtlarda ABŞ Konqresinin tam şəkildə layihəyə səs verəcəyi gözlənilir.

Qanun layihəsi senatorlar tərəfindən təsdiqlənərsə, ABŞ prezidenti Co Bayden onu imzalayacaq. Bu, maliyyələşmənin dayandırılması ilə əlaqədar federal hökumətin fəaliyyətinin qismən dayandırılmasının (bağlanmasının) qarşısını alacaq.