Livanda baş verən peycer partlayışlarına görə "Hizbullah" təşkilatı İsrailə cavab zərbəsi endirmək məcburiyyətində qalacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Beynəlxalq Təhlükəsizlik Proqramının direktoru Seth Cons CNN-ə bildirib.

Onun sözlərinə görə, bugünkü hadisə İsrailin Qəzza sektorunda döyüşlərin başa çatması ilə şimal tərəfə yönəldiyini göstərir.

Qeyd edək ki, BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarric Livanda peycerlərin detonasiya edilməsindən dərin narahatlıq keçirdiklərini və mülki əhaliyə qarşı edilən hücumu pislədiklərini açıqlayıb.

Livan hökuməti və "Hizbullah" baş verənlərə görə məsuliyyəti İsrailin üzərinə qoyub.

Peycerlərin Livanda partlaması 17 sentyabr axşamı baş verib. Nəticədə 2800-dən çox insan xəsarət alıb. Səkkiz nəfəri, o cümlədən 8 yaşlı uaşğı və "Hizbullah" liderlərindən birinin oğlunu xilas etmək mümkün olmayıb.

Livan Səhiyyə Nazirliyi xəstəxanaları fövqəladə rejimə keçməyə çağırıb.