2025-ci ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olması nəzərdə tutulur.

İqtisadiyyat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,8 % çoxdur.

Eyni zamanda 2025-ci ildə Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinin 3 milyard 207,7 milyon manat olması nəzərdə tutulur. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,8 % çoxdur.

Həmçinin 2025-ci ildə Azərbaycanda təhsil xərclərinin 4 milyard 945,8 milyon manat olması nəzərdə tutulur. Bu, isə 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,7 % çoxdur.

Daha sonra 2025-ci ildə Azərbaycanda səhiyyə xərclərinin 1 milyard 997,2 milyon manat olması nəzərdə tutulur. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7 % çoxdur.

Əlavə olaraq 2025-ci ildə Azərbaycanda mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 635,3 milyon manat olması nəzərdə tutulur. Bu da 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,4 % çoxdur.