Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada şimali koreyalı həmkarı Çoi Son Hi ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

“Sergey Lavrov Sankt-Peterburqa gedərkən Moskvada olan KXDR xarici işlər naziri Çoi Son Hi ilə görüşüb. O, BRİCS dövlətlərarası assosiasiyasının birinci Qadınlar Forumunda iştirak etmək üçün Rusiyaya gəlib”, – deyə məlumatda qeyd edilir.