Dünyaca məşhur futbolçu Kriştianu Ronaldonun ölkəsi Portuqaliya 39 yaşlı ulduzun şərəfinə xüsusi sikkələr çap etməyə hazırlaşır.

İqtisadiyyat.az "Sportskeeda"ya istinadən xəbər verir ki, Portuqaliya ulduz futbolçusu Kriştiano Ronaldonun şərəfinə "7 Avro"luq sikkə buraxacaq.

Xəbərdə sikkənin üzərində 7 nömrəli forması ilə eyniləşdirilən Ronaldo üçün “CR7” yazısı olacağı bildirilib.

Dünya futbolunun ən böyük ulduzlarından sayılan Kriştiano Ronaldo karyerası ərzində Portuqaliya Milli Komandasında 214 oyun keçirib. 39 yaşında milli formanı geyinməyə davam edən Ronaldo bu matçlarda 132 dəfə fərqlənməyi bacarıb.