ABŞ federal hökuməti maliyyələşmənin kəsilməsi səbəbindən fəaliyyətini qismən dayandırıb.

Bu barədə İqtisadiyyat.az "The Washington Post"a istinadən xəbər verir.

Məlumata görə, bəzi dövlət idarələrinin işinin dayandırılması bugün Bakı vaxtı ilə saat 08:01 başlayıb.

Martın 22-də ABŞ Konqresinin Nümayəndələr Palatası 2024-cü maliyyə ilinin sonuna qədər federal departamentlərin əsas hissəsinin işi üçün təxminən 1,2 trilyon dollar məbləğində vəsaitin uzadılmasını nəzərdə tutan qanun paketini təsdiqləyib. Bundan sonra qanun layihəsi Amerika Konqresinin yuxarı palatası olan Senata təqdim edilib.

 

Gözəl Həşimova