HƏMAS hərəkatının 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra Amerika torpaqlarında terror təhlükəsinin səviyyəsi artıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin baş prokuroru Merrik Qarland deyib.

"Oktyabrın 7-dən sonra ölkədə terror aktının baş verməsi ehtimalından narahatam. Bizim üçün təhlükə səviyyəsi xeyli artıb. Hər səhər bu məsələ bizi narahat edir. Ölkəyə zərər vurmağa cəhd edən hər kəsin izinə düşməyə çalışırıq", - o, Nümayəndələr Palatasının Hüquq Komitəsində dinləmələr zamanı deyib. 

"Əlbəttə, bu, Ədliyyə Departamenti üçün əsas prioritetdir", - Qarland qeyd edib.