Dövlət Departamenti Fransanın yaxın vaxtlarda Ukraynaya hərbi təlimatçı göndərə biləcəyi ilə bağlı Reuters agentliyinin yaydığı məlumatı şərh etməyib.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidməti "Reuters"in məlumatını şərh etmək və Vaşinqtonun oxşar tədbirlərə əl atmaq imkanını nəzərdən keçirib-keçirmədiyi barədə TASS-ın sualını cavablandırıb. 

"Bu məsələ ilə bağlı deyəcək heç nəyimiz yoxdur", - cavab olaraq qeyd edilib.

Daha əvvəl "Reuters" agentliyi diplomatik mənbələrə istinadən xəbər vermişdi ki, Fransa gələn həftə Ukraynaya hərbi təlimçilər göndərə bilər, baxmayaraq ki, bəzi müttəfiqlər bu qərarın Rusiya ilə birbaşa münaqişəyə gətirib çıxara biləcəyindən narahatdırlar. Məlumata görə, ilkin mərhələdə Fransa məhdud sayda təlimatçı göndərə bilər, daha sonra isə Ukraynaya bir neçə yüz mütəxəssis göndərməyi planlaşdırır. Agentlik mənbələrinin məlumatına görə, bu missiya Aİ və ya NATO-nun himayəsi altında fəaliyyət göstərməyəcək.