Dövlət Departamenti Fələstinin "Lion's Den" terror qruplaşmasına qarşı sanksiyalar elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə departamentin mətbuat açıqlamasında bildirilib 

"Dövlət Departamenti bu gün İordan çayının qərb sahilinin Nablus şəhərində yerləşən fələstinli qruplaşmaya qarşı sanksiya tətbiq edib", - açıqlamada deyilir. 

Məlumata görə, yaraqlılar dəfələrlə İsrail maşınlarına atəş açıb, İordan çayının qərb sahili yaxınlığındakı yaşayış məntəqələrinə hücum ediblər və Fələstin yaraqlıları ilə Fələstin Muxtariyyətinin təhlükəsizlik qüvvələri arasında silahlı toqquşmalarda iştirak ediblər.