ABŞ-də keçmiş polis məmuru xidməti zamanı iki nəfərə işgəncə verdiyinə görə 40 il həbs cəzasına məhkum edilib.

İqtisadiyyat.az bu barədə CNN-ə istinadən xəbər verir. 

Qeyd edilib ki, ABŞ Bölgə hakimi Tom Li 2023-cü ilin yanvarında hücuma görə aralarında keçmiş polis zabiti Kristian Dedmon da olmaqla məhkum edilmiş 6 kişiyə hökm oxuyub.

Dedmonun Miçel Cenkins və Eddi Parker adlı şəxslərə sarsıdıcı və qəddar hücumlar həyata keçirdiyi, eləcə də irqçi ifadələr işlətdiyini ifadə edən Li onun 40 il həbs cəzasına məhkum edildiyini bildirib.