Bu ilin aprelində ABŞ əhalisinin xərcləri əvvəlki ayla müqayisədə 0,2% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Məlumata görə, istehlak qiymətləri indeksi (PCE indeksi) ötən ay mart ayı ilə müqayisədə 0,3%, illik ifadədə isə 2,7% artıb. Hər iki göstəricinin dinamikası bir ay əvvəlki ilə eyni olub və analitiklərin gözləntiləri ilə üst-üstə düşüb.

Ərzaq və enerji resurslarının dəyərini nəzərə almayan PCE Core indeksi apreldə mart ayı ilə müqayisədə 0,2%, illik ifadədə isə 2,8% artıb.

İstehlak xərcləri ABŞ iqtisadiyyatının təxminən 70%-ni təşkil edir.