ABŞ-nin Luiziana ştatında 158 avtomobil yanğınlar səbəbilə yaranan duman nəticəsində toqquşub.

Bu barədə İqtisadiyyat.az "Associated Press"ə istinadən xəbər verir.

Məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Toqquşma nəticəsində bir avtomobil magistral yoldan aşıb, suya düşüb. Bildirilib ki, xilasedicilər avtomobil qalıqlarını təmizləməyə davam edir.

 

Gözəl Həşimova