ABŞ prezidenti Co Bayden Ukraynaya yeni 275 milyon dollarlıq müdafiə yardımının ayrılmasını təsdiqləyib.


İqtisadiyyat.az xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Co Bayden Dövlət Departamentinə Ukraynaya 275 milyon dollarlıq yeni müdafiə yardımı etmək səlahiyyəti verib.

Bundan əlavə, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi Zoom vasitəsilə keçirdiyi brifinqdə “Ukraynaya yeni 275 milyon dollarlıq müdafiə paketinin tezliklə yola salınacağını elan etməkdən məmnunam” ifadəsini işlədib.

Sözügedən yardımın Ukraynaya yeni hava hücumundan müdafiə imkanları qazandıracağını və bu ölkənin özünü İHA təhlükəsinə qarşı qoruya biləcəyini ifadə edən Kirbi, yardımın döyüş meydanındakı əsgərlərə də daha çox sursat təmin edəcəyini qeyd edib.