ABŞ Federal Aviasiya administrasiyası ümummilli fasilədən sonra ölkədəki bütün uçuşları dayandırıb.

ABŞ mediası xəbər verir ki, bu qərar fəlakətli sistem nasazlığından sonra alınıb.

Sistemdə problem barədə ilk dəfə yanvarın 10-da məlumat verilib.

Hava Hərəkətinin İdarə Edilməsi Sisteminin Komanda Mərkəzi sərnişinləri uzun gecikmələrlə bağlı xəbərdar edib və hazırda problemin həllinin olmadığını bildirib.

Qeyd edək ki, Los-Anceles hava limanında saatlarla gözləyən sərnişinlər Twitter-də üsyan ediblər.