Son sutka ərzində ABŞ-da koronavirusdan 1423 nəfər ölüb. Bu, dünyada bir gün ərzində koronavirusdan ən yüksək ölüm statistikasıdır.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin ən son hesabatında qeyd edilib. Bildirilib ki, ölənlərin sayı arataraq 7 406 nəfərə yüksəlib. Ölkə üzrə yoluxanların ümumi sayı 276995 nəfər olub. Hər gün orta hesabla 31782 nəfərin virusa yoluxduğu qeyd edilib.