ABŞ-da koronavirusdan həlak olanların sayı Çində bu xəstəlikdən ölənlərin sayını ötüb.

İqtisadiyyat.Az-ın məlumatına görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının hesabatlarına əsaslanan Con Hopkins Universiteti xəbər yayıb.

Bildirilir ki, ölkədə 175 067 nəfərin koronavirus testi müsbət nəticə verib, 3 415 nəfər dünyasını dəyişib və 5 995 nəfər sağalıb.

Beləliklə, hazırda ABŞ-da koronavirusdan 3309 nəfərin öldüyü Çindən daha çox ölüm halları qeydə alınıb. (Trend)