ABŞ-ın Konnektikut ştatında koronavirusa yoluxmuş 6 həftəlik uşaq dünyasını dəyişib. Yeniavaz.com “Sputnik”ə istinadla xəbər verir ki, ştatın rəhbəri Ned Lamont bu barədə “Twitter” vasitəsilə məlumat verib.

O bildirib ki, uşaq ötən həftənin sonu xəstəxanaya yerləşdirilib və aprelin 1-də dünyasını dəyişib. Qeyd edək ki, ABŞ-da virusa yoluxanların sayı 207 min 867 nəfərə çatıb. Həyatını itirənlərin sayı isə 4 min 615-dir. İndiyə kimi sadəcə 8 min 762 nəfər sağalaraq evlərinə buraxılıb.