ABŞ-ın Corciya ştatından olan dörd tibb işçisi sosial media platformasında iyrənc və ya soyuq halda baxdıqları xəstələr və ailələri haqqında danışdıqları videoya görə işdən çıxarılıb.


İqtisadiyyat.az xəbər verir ki, Emori Universiteti Xəstəxanasının yeni doğulmuş bölməsində çalışan 4 tibb işçisi TikTok-da yayımlanan və bir müddət sonra silinən videoda xəstələrdən və ailələrindən iyrənc və ya soyuq hiss etdikləri anları təsvir edib.


Video sosial media platformasında minlərlə dəfə izlənilib, silinən görüntülər başqa hesablar tərəfindən paylaşılıb, tənqid hədəfinə çevrilib və dünya mətbuatında əks olunub.

Emori Universiteti Xəstəxanasının rəsmiləri videonu "hörmətsiz və qeyri-peşəkar şərhlər" olaraq qiymətləndirərək, "Doğuş edən xəstələrə qarşı hörmətsiz və qeyri-peşəkar şərhlərin yer aldığı Tik Tok videosundan xəbərdarıq. Hadisəni araşdırdıq və keçmiş işçilər haqqında lazımi tədbirlər gördük", - deyə qeyd ediblər.