Amerika Birləşmiş Ştatları (ABŞ) çətin qlobal vəziyyət fonunda Çinlə sıx dialoqa ehtiyac duyur.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen məlumat açıqlayıb.

“Vaşinqton və Pekin çətin beynəlxalq vəziyyət qarşısında fəal fikir mübadiləsi aparmalıdır. Ölkələr arasında sıx ünsiyyət qlobal iqtisadi perspektivləri daha dolğun qiymətləndirməyə və iki dövlətin iqtisadiyyatını gücləndirmək üçün daha səmərəli qərarlar qəbul etməyə kömək edəcək” , - deyə o, vurğulayıb.