"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyində “Nağdsız hesablaşmalar haqqında" qanunda ediləcək dəyişikliklərlə bağlı yeni təkliflər müzakirə edilib.

İqtisadiyyant.az bu barədə ABA-ya istinadən xəbər verir.

Məlumata görə,ABA-nın nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun “Zoom” proqramı üzərindən növbəti onlayn iclası keçirilib. İclasda ölkədə rəqəmsal ödənişlərin inkişaf və əhatə dairəsinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.