Çin koronavirusa yoluxanların, virusdan ölənlərin və xəstəlikdən sağalanların sayını açıqlayıb.

“Ria Novosti” Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, koronavirusdan ölənlərin sayı 2 912 nəfərdir, virusa yoluxanların sayı isə 80 026-ya çatıb.

Son məlumatlara əsasən hazırda yeddi min xəstənin vəziyyəti ağırdır. 44 min insan isə xəstəlikdən sağalıb.

Qeyd edək ki, Çində koronavirusa ilk yoluxma halı ötən ilin dekabrında qeydə alınıb.