Dünyada 333 milyon uşaq, yəni uşaq əhalisinin təxminən hər 6-dan 1-i həddindən artıq yoxsulluq içində yaşayır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) və Dünya Bankının birgə hesabatında deyilir.

Hesabata əsasən, gündəlik 2,15 dollarla yaşayan və həddindən artıq yoxsul sayılan uşaqların sayı 2013-cü ildən 2022-ci ilə qədər 13% azalaraq 383 milyondan 333 milyona enib. Məlumata görə, bu temp davam edəcəyi təqdirdə 2030-cu ilə qədər uşaq yoxsulluğuna son qoyulması hədəfinə nail olunmayacaq.

Dünya üzrə ən çox yoxsul uşaq Afrikada yaşayır. Belə ki, dünyadakı yoxsul uşaqların 40%-i bu regionda yaşayır.

 

Gözəl Həşimova