Gənc jurnalist Oğuz Altay vəfat edib. 

Bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. 

Bildirilib ki, 32 yaşlı jurnalist koronavirusdan dünyasını dəyişib. 

Qeyd edək ki, Oğuz Altay Bakı Dövlət Universitetində bakalavr, Sumqayıt Dövlət Universitetində magistr təhsili alıb.

O, azvision.az və femida.az saytlarında, eləcə də Günaz TV-də jurnalist kimi fəaliyyət göstərib.