“2023-cü ildə 27 yaşı tamam olan şəxslər ehtiyata göndəriləcək və gələn il hərbi xidmətə çağırılmayacaq”.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov bildirib:

"Mən sadəcə olaraq bu şərhin düzgünlüyünü qəti şəkildə vurğulamaq istəyirəm: bu ilin dekabrın 31-i də daxil olmaqla, ehtiyata yazılacaq hər kəs hərbi xidmətə çağırılmayacaq".

Qeyd edək ki, bu gün Federasiya Şurası Rusiya Federasiyasında çağırış yaşının 30 yaşa qədər artırılması haqqında qanun layihəsini təsdiqləyib. Sənəd 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.