Rusiya aviaşirkətləri 2022-ci ildə 95,1 milyon sərnişin daşıyıb.

İqtisadiyyat.az “Vedomosti”yə istinadən xəbər verir ki, 2021-ci illə müqayisədə sərnişin daşınması 16 milyon nəfər və ya 14,3% azalıb. Dekabrda aviaşirkətlər 7,1 milyon sərnişin daşıyıb (2021-ci ilin eyni ayı ilə müqayisədə 1,1 milyon və ya 13% az).

Sərnişin dövriyyəsi ümumilikdə 6,4 faiz azalıb.

Sərnişin axınının azalması Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda baş verir. Rusiyanın cənubunda 11 hava limanı bağlanıb. Nəqliyyat Nazirliyinin məlumatına görə, bu, sərnişin axınını 19 milyon nəfər azaldıb. Bundan əlavə, Qərb ölkələri Rusiya Federasiyasının hərəkətlərinə cavab olaraq Rusiya aviasiya sənayesinə qarşı sanksiyalar tətbiq edib.