ABŞ prezidenti Co Bayden “müstəqil ekspertlər”in proqnozlarına istinad edərək bildirib ki, 2022-ci ildə ABŞ iqtisadiyyatı 1976-cı ildən bəri ilk dəfə artım baxımından Çini keçə bilər.

O, bu barədə, Twitter hesabında yazıb.

Bayden qeyd edib ki, bu, 1976-cı ildən bəri baş verməyib.

Eyni zamanda, Amerika prezidenti hansı ekspertləri nəzərdə tutduğunu açıqlamayıb.