Humanitar yardım daşıyan ən azı 218 yük maşını son 24 saat ərzində "Rəfah" və "Kerem Şalom" keçid məntəqələrindən keçərək Qəzza zolağına daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin əlaqələndirilməsi idarəsi məlumat yayıb.

Yük maşınlarının əksəriyyətində ərzaq, qalanlarında isə dərman, su və yaşayış məntəqələrinin işinin təşkili üçün avadanlıq olub.

 

Gözəl Həşimova