Türkiyədə baş verən təbii fəlakətin ardından evlərini itirən minlərlə vətəndaş çadır və konteyner şəhərciklərində yerləşdirilib. Bununla yanaşı, kirayə evlərə üz tutanların da sayı birə beş artıb. Tələbatın artması kirayə mənzil bazarında qiymətləri də əlçatmaz edib. Mövzu Türkiyə ictimaiyyətində ciddi narazılıq doğurmaqdadır.

İqtisadiyyat.az bildirir ki, Ankara, Mersin, Konya kimi iri şəhərlərdə keçən 3-4 min TL-yə təklif olunan mənzillər indi 7-8 min lirəyə təklif edilir.  Anadolu şəhərlərində əşyalı, geniş, nisbətən yaxşı təmirli mənzillərin kirayə qiyməti 8-10 min TL-dən başlayır. 

 

 

İstanbul Əmlakçılar Palatasının sədri Nizaməddin Aşa, zəlzələnin yaratdığı artan tələbat səbəbi ilə qiymətlərin ikiqat artırılmasını cinayət hesab edir. Onun sözlərinə görə, burada əsas iş Ticarət Nazirliyinin üzərinə düşür"

"Bu cür halların qarşısının alınması məqsədi ilə nazirliyin əyalətlərdəki şöbələrinə müraciət edilməlidir. Hətta qiymətləri süni şəkildə qaldıran şəxslərlə bağlı ölkənin Daxili İşlər nazirliyinə belə şikayət edilməsi mümkündür. Çünki bu insanların çətin vəziyyətindən sui-istifadə edərək daha çox qazanc əldə etmək niyyətidir". 

 

İstehlakçılar Birliyinin sədri Mahmud Şahin də bu mövzuda ölkə qanunlarında bir boşluq olduğunu düşünür:

“Türkiyədə manipulyasiyaya qarşı sərt qanunlara ehtiyac var. Avropada belə şey edə bilməzlər. Çüni sərt cəzalar var. Türkiyədə də bu tətbiq edilməsə, süni qiymət artımlarının qarşısını almaq mümkün olmayacaq”.