Türkiyədəki güclü zəlzələlər 34 milyard 200 milyon dollar ziyan vurub.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Dünya Bankı qiymətləndirmə aparıb. 

Bildirilir ki, zəlzələnin vurduğu ziyan Türkiyənin 2021-ci ildə ÜDM-nin 4 faizini təşkil edir. 

Qeyd edək ki, 6 fevralda Türkiyənin Kahramanmaraş bölgəsində 7,6 və 7,8 bal gücündə iki zəlzələ olub.